ARPA növbəti “Peşəkar Sığortaçı Sertifikasiya” imtahanını keçirib | Banco.az

ARPA növbəti “Peşəkar Sığortaçı Sertifikasiya” imtahanını keçirib

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən 18 SENTYABR tarixində Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) üzrə növbəti imtahan keçirildi.

“Sığorta işi üzrə yerli qanunvericilik” (PSS 1.3) imtahanında Əflan Əliyev (73%)  Fəzilə Əliyeva (75%) Hüseyn İsmayılov (81%) qeyd edilən səviyyə üzrə imtahanı müvəffəqiyyətlə keçmişdirlər.

Qeyd etmək istərdik ki, PSS imtahanının maksimum göstəricisi 100 % , keçid balı isə 70%-dir.

PSS sertifikasiya proqramı yerli sığorta şirkətlərinin tənzimləyici orqanları tərəfindən dəstəkləndiyi üçün sığorta şirkətlərinin əməkdaşlarının qiymətləndirilməsində istifadə oluna biləcək yeganə vasitədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram