“OPEC plus” sazişi çərçivəsində Azərbaycan üçün gündəlik neft hasilatı kvotası oktyabrda 718 min barel olacaq.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.
O bildirib ki, “OPEC plus” ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara alıb: “Azərbaycan üçün gündəlik kvota 718 min bareldir”.
Qeyd edək ki, "OPEC+" komitəsi alyansa sazişin avqust parametrlərinə qayıtmağı tövsiyə edib. Bu isə neft hasilatının gündəlik 100 min barel azaldılması deməkdir.
report
Bizi sosial şəbəkələrdən izləyin!!