İsveç Aİ-də elektrik və qaz qiymətlərini ayırmağı təklif edib | Banco.az

İsveç Aİ-də elektrik və qaz qiymətlərini ayırmağı təklif edib

İsveç hökuməti elektrik enerjisinin qiymətlərini Avropa İttifaqı bazarında qaz qiymətlərini nəzərə almadan formalaşdırmağı təklif edir.

Bu barədə İsveçin baş naziri Maqdalena Andersson bildirib."İşığın qiymətini qazın qiymətindən ayırmaq lazımdır", - baş nazir qeyd edib.

Onun sözlərinə görə, İsveç bu məqsədlə Rusiya tərəfindən aparılan enerji müharibəsinə qarşı yeni müdafiə xətti yaratmaqla digər Avropa ölkələri ilə birlikdə çalışacaq.

Baş nazir Stokholmun elektrik enerjisi qiymətlərini qaz qiymətlərindən necə ayırmağı təklif etdiyini izah etməyib, lakin bu təşəbbüsü "radikal" adlandırıb. Onun fikrincə, bu ideyanın həyata keçirilməsi İsveçin cənubunda elektrik enerjisinin qiymətlərini ən azı iki dəfə endirməyə kömək edəcək.

İsveç hökuməti öz təklifini parlamentə təqdim edəcək və sonra Aİ-də dəstək qazanmağa çalışacaq. "İndi elektrik enerjisinin qiymətini qazın qiymətindən ayırmaq üçün modellər sınaqdan keçirilir", - deyə ölkənin energetika və informasiya texnologiyaları naziri Haşayar Farmanbar mətbuat konfransında bildirib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram