"AtaSığorta"nın rəhbəri şirkətdən ayrılıb | Banco.az

"AtaSığorta"nın rəhbəri şirkətdən ayrılıb

"AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri Orxan Məmmədov şirkətdən ayrılıb.

Bu barədə sığorta şirkətindən bildirilib. Məlumata görə, sentyabrın 2-dən Orxan Məmmədov öz ərizəsi ilə işdən çıxıb. Səhmdarların növbəti qərarına qədər İH-nin sədr vəzifəsinin müvəqqəti icrası İH-nin sədr müavini Xətai İsmayılova tapşırılıb.

Qeyd edək ki, O.Məmmədov 2006-cı ildən sığorta sektorunda fəaliyyət göstərir. 2011-ci ildə "Paşa Sığorta" şirkətində İdarə Heyətinin üzvü təyin olunub. 2012-ci ildə “AtaSığorta”nın İdarə Heyətinin sədr müavini, 2017-ci ildə İdarə Heyəti sədrinin birinci müavini, 2019-cu ildə isə şirkətin İdarə Heyətinin sədri təyin edilib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram