Kapital Bank
Mikro kreditlər üzrə Bölmə Rəhbəri (Beyləqan, Şirvan, Yevlax, Mingəçevir, Şamaxı və Naxçıvan)
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Beyləqan, Şirvan, Yevlax, Mingəçevir, Şamaxı və Naxçıvan filialları Mikro kreditlər üzrə Bölmə Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
- Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər
- Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
- Səlis Azərbaycan dili
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
- Tələb olunan sahə üzrə minimum 3 il iş stajı
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək müraciət edə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!