Türkiyə boğazlardan keçidin rüsumunu 5 dəfə artırıb | Banco.az

Türkiyə boğazlardan keçidin rüsumunu 5 dəfə artırıb

Türkiyə İstanbul və Çanaqqala boğazlarından keçid üçün müəyyənləşdirilmiş rüsumu 5 dəfə artırıb.

Bu barədə “Sabah” qəzeti yazıb.

Bildirilib ki, hər tonaj üçün 4 dollar rüsum təyin olunub.

Məlumata görə, bu qərar cari ilin oktyabrın 7-də qüvvəyə minəcək. Beləliklə, mövcud 40 milyon dollar olan gəlir 200 milyon dollara qalxacaq.

Qeyd edək ki, 1936-cı ildə imzalanan Montro Konvensiyasına əsasən, rəsmi Ankaranın İstanbul və Çanaqqala boğazlarından keçən gəmilərdən fənər, xilasetmə və sağlamlıq rüsumu tələb etmək haqqı var.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram