Azərbaycanda könüllü və icbari sığorta bazarında vəziyyət necə dəyişib? | Banco.az

Azərbaycanda könüllü və icbari sığorta bazarında vəziyyət necə dəyişib?

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 438,71 milyon manat sığorta haqqı toplanılıb.

Bu, ötən ilin yanvar-iyul aylarına nisbətən 20,3% çoxdur.

Ötən 7 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 13,3% azalaraq 141,791 milyon manata düşüb.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 186,783 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 18,15% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 25,55% azalaraq 54,346 milyon manata düşüb.

Beləliklə, 2022-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,6 manatı qədər ödəniş edilib. Bu rəqəm 2021-ci ilin yanvar-iyul aylarında 62,55 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 44,65 manatdan 38,3 manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et