Neftin qiyməti bahalaşdı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Neftin qiyməti bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanının energetika nazirinin tədarükün kəsilməsinə işarə etməsi dünya bazarlarında neftin qiymətinə təsir göstərib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Səudiyyə nazirinin neft fyuçersləri ilə fiziki bazar arasındakı balanssızlığa işarə edərək OPEC+ addımını vurğulamasından sonra neft qiymətləri bahalaşıb.

ABŞ xam neftinin (WTI) sentyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,50% dəyər qazanmaqla bir bareli 90,81 dollara qədər bahalaşıb.

Brent markalı neftin sentyabr fyuçersi isə London əmtəə birjasında 0,42% yüksələrək bir bareli 96.89 dollara qalxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram