Bank of Baku
Analitika və təqibə dəstək bölməsinin aparıcı eksperti
Vakansiya haqqında məlumat:
Analitika və təqibə dəstək bölməsinin aparıcı eksperti
Əsas vəzifə və öhdəliklər
- Problemli kreditlər portfelinin və portfel üzrə hesabatların təhlil edilməsi, həmçinin ona dair statistik məlumatlar əsasında mütəmadi olaraq hesabatların hazırlanması
- Müştərilərin təqibi ilə əlaqəli hesabatlarını hazırlanması
- Departament əməkdaşlarının portfel üzrə təyin olunmasına, iş yükünün düzgün bölüşdürülməsinə, aylıq planların icra edilməsinə və təqib normalarının yerinə yetirilməsinə dəstək olmaq
- Müştərilərin və ya zaminlərin ünvanlarına sifariş olunan bildirişləri hazırlanması və aidiyyatı üzrə yönləndirilməsi
Tələblər
- Ali iqtisadi təhsil
- Analitika üzrə 2 ildən çox iş təcrübəsi
- Əla Azərbaycan dili bilikləri (Rus və İngilis dili arzuolunandır.)
- MS Office proqramları ilə işləmək bacarığı
- Excel VBA, PL/SQL üzrə biliklər
- Komanda halında işləyə bilmək və operativ olmaq
- İş yeri: İnzibati Mərkəz
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
MÜRACİƏT QAYDASI
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində Analitika və təqibə dəstək bölməsinin aparıcı eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Bizi sosial şəbəkələrdən izləyin!!