"Gələn il illik inflyasiya tədricən birrəqəmli həddə enəcək" | Banco.az

"Gələn il illik inflyasiya tədricən birrəqəmli həddə enəcək"

"Gələn il Azərbaycanda xarici amillərin əlverişli dəyişməsi ilə illik inflyasiyanın tədricən birrəqəmli həddə enəcəyi proqnozlaşdırılır".

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazimov onlayn rejimdə keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, mövsümi amillərin bu ay və gələn ay inflyasiyaya azaldıcı təsir göstərəcəyi gözlənilir.

"Bu ilin sonuna baza amillərinə görə illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır", - o əlavə edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et