"Expressbank"ın mobil tətbiqində ƏDV geri al! | Banco.az

"Expressbank"ın mobil tətbiqində ƏDV geri al!

"Expressbank"ın hər zaman yenilənərək təkmilləşən və xidmət keyfiyyətini hər keçən gün daha da artıran "Express24" mobil tətbiqi, öz xidmət potensialına və işləmə funksionallığına görə həmişə müştərilərindən müsbət rəylər almaqdadır. Tətbiq daha bir yeniliyi ilə istifadəçilərini sevindirməyə davam edir.

Artıq "Express24" mobil tətbiqi vasitəsilə ƏDV faizlərini geri ala bilərsiniz. İlkin  mərhələlərdə mobil tətbiq vasitəsilə yalnız çeklərin QR kodunu skan edib, qeyd edilən ƏDV faizlərini edvgerial portalına daxil etmək mümkündür. Yığılmış vəsaitləri isə edvgerial portalına daxil olaraq komissiyasız "Expressbank" plastik  kartlarına köçürmək olarYaxın zamanlarda isə balansda yığılmış vəsaitləri mobil tətbiqdən də karta köçürmək mümkün olacaqdır.

ƏDV faizlərinin geri alınması, hesabınızda olan məbləğ və status haqqında olan məlumatları tətbiqdə izləmək olduqca rahatdır. Xüsusilə qeyd etmək istərdik ki, istənilən şəxslər də "Express24" mobil tətbiqini yükləyib, qeydiyyatdan keçərək kart sifarişini edə bilərlər.  

Mobil əlavəni Google Play Market-dən (Android) bit.ly/3ot0Abq və App Store-dan (IOS) apple.co/3cIaHGJ  linklərinə keçid edərək yükləyə bilərsiniz. Digər bank məhsulları və xidmətləri barədə ətraflı məlumatı isə Bankın rəsmi saytına https://www.expressbank.az/ daxil olaraq və ya 132 Məlumat mərkəzinə zəng edərək əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et