"Apple" firması işə qəbulu azaltmağı planlaşdırır | Banco.az

"Apple" firması işə qəbulu azaltmağı planlaşdırır

Tamara Mustafayeva, Banco.az

“Apple” işə qəbulu azaltmağı planlaşdırır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, texnologiya nəhəngi "Apple" firmasının gələn il üzrə işə qəbulu və şirkət daxilində bəzi komandalar üçün proqnozlaşdırılan xərcləri azaldacağı söylənilir.

"Apple" bu yaxınlarda məşğulluqla bağlı ehtiyatlı planlaşdırmalar həyata keçirən ABŞ-ın digər texnologiya nəhənglərinə qoşulmaqla ölkədə hökm sürən iqtisadi geriləmə ilə bağlı narahatlıqlara yenisini əlavə edib.

"Bloomberg" nəşrinin xəbərinə görə, şirkət gələn il üçün proqnozlaşdırılan iqtisadi durğunluqla mübarizə aparmaq məqsədilə işə qəbulu yavaşlatmağı və xərcləri azaltmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkətin əvvəlki planlarında bəzi komandaların 5-10 faiz artırılacağı qeyd edilirdi. "Apple" həmçinin bəzi vakant yerlər üçün işə qəbulu nəzərdən keçirməyi planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et