ABB–dən iş təcrübəsi olmayan gənclərə əla fürsət! | Banco.az

ABB–dən iş təcrübəsi olmayan gənclərə əla fürsət!

ABB–dən iş təcrübəsi olmayan gənclərə əla fürsət!

“ABB Rəqəmsal Maarifləndirmə” təcrübə proqramını davam etdirir. 18-25 yaş aralığında tələbə və məzunlar bu proqramda iştirak edə bilər.

Namizədlər aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar:

  • Çeviklik;
  • Təşəbbüskarlıq;
  • Həvəslilik
  • İşgüzarlıq
  • Gülərüzlük
  • Məsuliyyətlilik
  • Ünsiyyətcillik

“ABB Rəqəmsal maarifləndirmə” təcrübə proqramının əsas məqsədi 3 aylıq müddət ərzində gənclərin fərdi inkişafına, asudə vaxtının səmərəli təşkilinə, əmək vərdişlərinin inkişaf etdirilməsinə, gələcək karyera imkanlarının artırılmasına, bank qanunvericiliyi və fəaliyyəti üzrə vacib bilikləri mənimsəmələrinə, liderlik bacarıqlarının yüksəlməsinə, sosiallaşmalarına, komanda işi vərdişlərinə yiyələnmələrinə kömək göstərməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Göstərilən tələblərə cavab verən namizədlər careers.abb-bank.az  saytında qeydiyyatdan keçdikdən sonra “Təcrübə proqramları” bölməsində müvafiq rayona uyğun təcrübə proqramına müraciət edə bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et