Mərkəzi Bankın sədri sığorta şirkətlərinin rəhbərləri ilə görüşəcək | Banco.az

Mərkəzi Bankın sədri sığorta şirkətlərinin rəhbərləri ilə görüşəcək

İyunun 16-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşəcək.

Bu barədə bankın mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, görüş zamanı sığorta bazarının problemləri və sığorta sektorunun cari vəziyyəti müzakirə olunacaq.

"Görüşün yekununda ictimaiyyətə ətraflı məlumat veriləcək", - bankdan bildiriblər.

Xatırladaq ki, kiçik həcmli mühərrikli nəqliyyat vasitələrinin sahibləri bir müddət əvvəl avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin icbari sığortası ilə bağlı problemlərlə üzləşmişdi.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram