Azərbaycanın sığorta bazarı 6% böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 6% böyüyüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 358,771 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 93,418 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48% azdır.

4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53 manat olub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram