Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il aprelin 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lərdir.
Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 3-də investisiyaların məbləği 1 milyard manatdan çoxdur. Bunlar "Kapital Bank" (1 712,07 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 523,481 milyon manat) və "PAŞA Bank" (1 506,004 milyon manat) ASC-lərdir.
Qiymətli kağızlara investisiyaların məbləği 2 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 13 bankda 10-100 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.
10 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar “Naxçıvan Bank”, “Azər-Türk Bank”, “Kapital Bank”, “Bank Avrasiya”, “Unibank”, “Turan Bank”, “Rabitəbank”, “Ziraat Bank Azərbaycan” və “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-lər, “Yapı Kredi Bank” QSC-dir. Ən yüksək dinamika "Naxçıvan Bank”da (11,3 dəfə dəfə), ən aşağı dinamika isə ABB-də (12,2%) qeydə alınıb.
4 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lər son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Renkinq
Bizi sosial şəbəkələrdən izləyin!!