Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri ehtiyatların azalmasına görə bahalaşmağa başlayıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ-da xam neft ehtiyatlarının azalması və Avropa İttifaqının Rusiyadan xam neft idxalına qadağa qoyması ehtimalı ilə bahalaşıb.
ABŞ xam neftinin (WTI) aylıq fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,2% yüksələrək bir bareli 103.73 dollara çatıb.
Brent markalı neftin aylıq fyuçersi isə London əmtəə birjasında 1,1% dəyər qazanmaqla bir bareli 106.14 dollar səviyyəsinə qədər bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!