TuranBank əmanət faizlərini artırdı | Banco.az

TuranBank əmanət faizlərini artırdı

TuranBank-ın bu il 30 illiyi ilə bağlı "Sirlər xəzinəsi" əmanətinin AZN valyutasında faiz gəlirlərini artırıb.

Belə ki, adı çəkilən əmanət növündə 12 - 18 ay müddəti üzrə faiz müştəriyə aylıq ödənildikdə 10,5%, rüblük ödənildikdə 10.75%, faizlər müddətin sonunda ödənildikdə isə 11% səviyyəsində təqdim olunur. Bundan əvvəl faiz aylıq ödənildikdə gəlir 9,75% təşkil edirdi.

Bundan başqa "Sirlər Xəzinəsi Əmanəti" məhsulu üzrə maksimal faiz 12%-ə çatdırılıb. Beləliklə, əmanətini 25-36 ay müddətinə banka yerləşdirmək istəyənlər üçün faiz aylıq ödənildikdə 11%, rüblük ödənildikdə 11.5%, müddətin sonunda ödənildikdə isə 12% gəlir formasında təqdim edilir.

Faizlərin aylıq və rüblük ödənişini kart hesabına əldə etmək istəyən müştərilərə Universal kart məhsulu növbəti qaydada ödənişsiz təqdim edilir.

Bunlardan başqa, 30 000AZN/USD/EUR - dək məbləğdə əmanət yerləşdirən müştərilərə Universal Debit kartı30 000 AZN/USD/EUR və artıq məbləğdə əmanət yerləşdirən müştərilərə Universal Gold kartı hədiyyə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram