Azərbaycanda bu sığorta şirkətlərinin ödənişləri artıb | Banco.az

Azərbaycanda bu sığorta şirkətlərinin ödənişləri artıb

Bu ilin yanvar-mart aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 10-nun ödənişləri illik müqayisədə artıb, 8-nin ödənişləri azalıb, 2 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin yanvar-mart aylarında ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Bakı Sığorta” ASC-dir. Bu şirkət il ərzində 586 min  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5,2 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”). Bu şirkətin ödənişləri 6,352 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,6% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atəşgah Həyat Sığorta" ASC-dədir. Bu şirkət il ərzində 2,835 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 12,3% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “Xalq Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 93,4% azalaraq 5,701 milyon manata düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram