PAŞA Bank
Card Systems Administrator
Vakansiya haqqında məlumat:
Card Systems Administrator
İşiniz nədən ibarətdir?
- Prosessing sistemində və onunla əlaqəli digər program təminatlarında baş verən problemlərin analizi və həllinin təmin edilməsi.
- Prosessing vendoru ilə danışıqların aparılması
- İşlə əlaqədar olaraq digər komandalarla çalışmaq, problemlərin operativ və dəqiq həllini təmin etmək.
- Mövcud sistemlərin, həmçinin yeni yaradılacaq məhsulların sxema və işləmə prinsiplərinin sənədləşdirilməsi.
- OS ilə əlaqəli inzibatı tapşırıqları yerinə yetirmək (Linux/Windows idarə edilməsi).
- Testləşdirmə və sistem yeniliklərinin tətbiqi
Tələb edilən bilik, bacarıq və təcrübə
TƏHSİL
Kompüter Elmləri və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
İŞ TƏCRÜBƏSİ
Minimum 3 il iş təcrübəsi
XARİCİ DİL
İngilis dili
DİGƏR
- Linuks əməliyyat sistemində əsas anlayışlar
- SELECT səviyyəsində SQL sorğulama dili bilikləri
- VİSA və MASTERCARD ödəmə sistemləri haqqında ümumi anlayış
- Texniki sənədləri oxuyub anlayacaq, lazım gəldikdə beynəlxalq ödəmə sistemləri və program təminatı vendoru ilə əlaqə yarada biləcək qədər İngilis dili biliyi
- Güclü ünsiyyət qurma və sistematik problemləri həll etmə bacarığı
- Analitik düşüncə və fövqəladə hallara reaksiya vermə qabiliyyəti
- JİRA ilə işləmə bacarığı
Bunlar üstünlükdür:
- Prosessing sahəsində iş təcrübəsi, xüsusilə TİETO program təminatı üzrə, Way4, Tsys, Compass Plus, SmartVista və digərləri də ola bilər
- Böyük həcmli loglar və data ilə işləmə prinsipləri
- Proses avtomatlaşdırma və skripting üzrə təcrübə
- Oracle verilənlər bazası idarəetməsində ilkin biliklər
PAŞA Bank sizə nə vəd edir?
- Tibbi sığorta
- İllik müəyyən məbləğdə tibbi xərclərin qarşılanması
- İllik mükafatlar
- Fəaliyyət ilinin tamamında daxili qaydalara uyğun bonuslar və mükafatlar
- İdman güzəştləri
- İllik müəyyən məbləğdə idman xərclərinin qarşılanması
Arzularının komandasını birlikdə yaradaq!
Bizi sosial şəbəkələrdən izləyin!!