ATB Bank filiallar üzrə Universal işçi Aparıcı/Baş mütəxəssis | Banco.az
Azər Türk Bank

ATB Bank filiallar üzrə Universal işçi Aparıcı/Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

ATB Bank filiallar üzrə Universal işçi Aparıcı/Baş mütəxəssis

Təsvir

  • Qüvvədə olan qanunvericiliyə uyğun, müvafiq prosedurlar əsasında fiziki şəxslərə bank hesabları açmaq;
  • Qüvvədə olan qanunvericiliyə uyğun, müvafiq prosedurlar əsasında fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar aparmaq;
  • Depozitlərin növü, şərtləri, tətbiq edilən faiz dərəcələri haqqında müştərilərə məlumat vermək, müvafiq prosedurlara uyğun olaraq depozitləri qəbul etmək:
  • Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək;
  • Bankın təklif etdiyi mәhsul və xidmətlərinə dair müştərilərin tәklif və iradlarını qəbul etmək, filial rəhbərinə çatdırmaq;
  • Bankın xidmət şəbəkəsi (filiallar, bankomatlar, POS-terminallar və s.) barəsində məlumatlar vermək;
  • İstehlak krediti almaq məqsədilə müraciət etmiş müştərilərin kredit müraciətlərini təhlil etmək;
  • Müştərinin maliyyə analizini həyata keçirmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək.

Tələblər

  • Ali təhsil (iqtisadi olması arzuolunandır);
  • Müvafiq sahə üzrə ən azı 1-3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
  • Analitik düşünmə qabiliyyəti;
  • Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.

Müraciət üçün linkə keçid edə bilərsiniz https://bit.ly/3JHvyon

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram