Rusiyada avtomobillər martda 21%-dən çox bahalaşıb | Banco.az

Rusiyada avtomobillər martda 21%-dən çox bahalaşıb

Fevralın sonundan martın 25-dək Rusiya istehsalı olan minik avtomobillərinin qiymətləri 18,2%, Rusiyada yığılan və idxal olunan xarici avtomobillərin qiymətləri isə 24,2% artıb. Bahalaşma orta hesabla 21,2% təşkil edib.

Bu barədə "Rosstat"ın hesabatında deyilir.

Məlumata görə, fevralın 25-dən martın 4-dək mühüm həcmi "AvtoVAZ" tərəfindən istehsal olunan Rusiya avtomobilləri birdən-birə 17,1%, martın 5-dən 11-dək – 6,9%, martın 12-dən 18-dək – 7 ,4%, martın 19-dan 25-dək isə 0,2% bahalaşıb. İlin əvvəlindən onların dəyəri 20,9% artıb ki, bu da bütün 2021-ci ildə "Rosstat" tərəfindən qeydə alınan artım tempini üstələyir (+19,6%).

Eyni dövrlərdə Rusiyada yığılan və idxal olunan xarici avtomobillərin qiymətləri müvafiq olaraq 15,2%, 6,9%, 3,2% və 3,9% artıb. İlin əvvəlindən martın 25-dək artım 28,5%, təşkil edib ki, bu da bütün ötən illə müqayisədə (+14,4%) xeyli yüksəkdir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram