Azərbaycanın qeyri-neft ixracı 39% artıb | Banco.az

Azərbaycanın qeyri-neft ixracı 39% artıb

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycandan qeyri-neft məhsullarının ixracı 461,5 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Sözügedən məhsulların ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3% artıb.

Nazir qeyd edib ki, bu, qeyri-neft sektorunda ixrac potensialının və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasının müsbət nəticəsidir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et