Rusiyadan Azərbaycana ötən il 1 mlrd. dollaradək pul köçürülüb | Banco.az

Rusiyadan Azərbaycana ötən il 1 mlrd. dollaradək pul köçürülüb

2021-ci ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 986 mln. ABŞ dolları təşkil edib.

Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2020-ci illə müqayisədə 9,4% çoxdur.

Hesabat dövründə bir köçürmənin orta məbləği 230 dollar təşkil edib. Azərbaycana yönələn transfertlərin 81%-i Rusiya rezidentləri tərəfindən göndərilib.

Təkcə IV rübə gəldikdə, oktyabr-dekabr aylarında Rusiyadan Azərbaycana 284 mln. dollar transfer olunub. Bu, III rüb ilə müqayisədə 1,1%, 2020-ci ilin analoji rübü ilə müqayisədə isə 31,5% çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Rusiyanın MDB ölkələrinə pul trasnfertləri siyahısında Azərbaycan dördüncüdür, lider isə Özbəkistandır (5,53 mlrd. dollar).

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et