Uber kriptovalyuta qəbul edəcək | Banco.az

Uber kriptovalyuta qəbul edəcək

Məşhur taksi xidməti şirkəti olan Uber yaxın gələcəkdə ödəniş vasitəsi kimi kriptovalyuta qəbul edəcək. Bunu Uber-in icraçı direktoru Dara Khosrowshahi Bloomberg-ə verdiyi müsahbədə deyib. Onun sözlərinə əsasən kriptovalyuta sektoru inkişaf etdikcə şirkətlər ödəniş vasitəsi kimi bu aktivləri qəbul etməli olacaqlar.

Dara Khosrowshahi: “Kriptovalyutaları ödəniş vasitəsi kimi qəbul edəcəyimiz birmənalıdır. Hazırda mübadilə prosesi kifayət qədər bahalıdır və kriptovalyutaların ətraf mühitə təsiri çox da yaxşı deyil. Lakin komissiyalar azaldıqca, təbiətə təsir azaldıqca biz kriptovalyutalarla işləməyə daha çox meylli olacağıq. Biz onları yaxından izləyirik. Gələcəkdə kriptovalyutaları qəbul edib-etməyəcəyimizi soruşursunuz? Şübhəsiz. İndi yox, amma mütləq edəcəyik.”

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram