“2022-ci ildə Avropada qazın qiyməti yüksək qalacaq” | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“2022-ci ildə Avropada qazın qiyməti yüksək qalacaq”

Bu il Avropa İttifaqı (Aİ) ərazisində qazın qiyməti yüksək qalacaq. Qiymətlər 2023-cü ilin yazında düşə bilər.

Bu barədə Avropa Komissiyasının (AK) qış iqtisadi proqnozunda deyilir.

“Fyuçers müqavilələri əvvəlki kimi qışdan sonra yüksək qiymətlərdən geri çəkilmə tendensiyasına işarə edir. Lakin 2022-ci ildə qiymətlər payızda gözləniləndən yuxarı qalmaqda davam edəcək və yalnız 2023-cü ilin yazırda əhəmiyyətli dərəcədə aşağı düşəcək”, - sənəddə deyilir.

Qeyd edək ki, hazırda Avropada qaz fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 885-910 ABŞ dolları diapazonunda dəyişir.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram