Ötən ilin dekabr ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) regionunda işsizlik səviyyəsi 5,4%-dək azalıb.
Bu barədə təşkilatın açıqlamasında deyilir.
Bu rəqəm noyabr ayında olan 5,5% göstəricidən aşağıdır, lakin pandemiyadan əvvəlki göstəricidən 0,1 faiz bəndi çoxdur.
2021-ci ilin dekabrında Avstraliya (4,2%), Fransa (7,4%), İslandiya (4,9%), İtaliya (9%), Litva (5,6%), Lüksemburq (5%), Niderland (3,8%), Portuqaliya (5,9%) və İspaniyada (13%) işsizlik pandemiyadan əvvəlki səviyyədən aşağı olub.
Kanadada işsizlik 6,1%-dən 6%-ə, ABŞ-da 4,2%-dən 3,9%-ə düşüb. Bununla belə, 2022-ci ilin yanvar ayı üçün ilkin məlumatlar artımın olduğunu göstərir: Kanadada 6,5%-dək, ABŞ-da isə 4%-dək.
Hesabat ayında qadınlar arasında işsizlik 5,6% (noyabrda 5,7%), kişilər arasında isə 5,2% olub (noyabrda 5,3%).
Avrozonada işsizlik səviyyəsi dekabrda ardıcıl səkkizinci ay azalır. Belə ki, dekabrda bu göstərici noyabrdakı 7,1%-dən 7%-ə enib.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!