Azərbaycan Aİ-yə qida məhsullarının ixracını artıracaq | Banco.az

Azərbaycan Aİ-yə qida məhsullarının ixracını artıracaq

Azərbaycan yaxın gələcəkdə Avropa İttifaqı (Aİ) ölkələrinə, o cümlədən Macarıstana kənd təsərrüfatı və qida məhsullarının ixracını artıracaq.

Bunu Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclasında çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, bu istiqamətdə digər dövlət qurumları ilə birlikdə AQTA-da öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirir.

"Avropa İttifaqının qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində tələblərinin yerinə yetirilməsi və bununla da məhsulların ixracı üçün tələb olunan tənzimləyici mühitin yaradılması istiqamətində İttifaqın müvafiq qurumları ilə, eyni zamanda ayrı-ayrı üzv ölkələri ilə geniş əməkdaşlıq həyatda keçirilir. Məhz bu istiqamətdə görülən tədbirlərin nəticəsi olaraq, 2021-ci ildə ölkəmizdən ilk dəfə olaraq Avropa İttifaqı ölkələrinə, o cümlədən Macarıstana işlənmiş gön dəri məhsullarının ixracına icazə verilib, fındıq məhsullarının ixracı üçün sağlamlıq sertifikatı və laborator müayinə tələbi aradan qaldırılaraq Agentliyin nəzarət sisteminə ehtimal edilib", - deyə Q. Təhməzli qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et