Rabitəbank daha bir yeniliyi müştərilərinin diqqətinə çatdırır. Belə ki, artıq Rabita Mobile mobil əlavəsi üzərindən “ƏDV Geri Al” funksionallığı ilə yığılan ƏDV-ləri nağdlaşdırmaq mümkün olacaq.
“ƏDV Geri Al” necə işləyir?
Müştərilər alış-verdikləri qəbzin fiskal kodunu daxil edərək və ya QR kodunu tətbiq vasitəsilə oxutmaqla ƏDV faizlərini geri alırlar. Yığılmış ƏDV faizləri tətbiqin “ƏDV Geri Al” kabinetində “qaytarılan”, “gözləmədədir” və “ləğv olunan” statusları ilə əks olunur.
ƏDV-nin nağdlaşdırma prosesi necə həyata keçirilir?
Nağdlaşdırma prosesi çox sadədir. Müştərimiz sözügedən portalda balansına oturan məbləği bank kartına köçürüb, sonra onu nağd şəkildə götürə bilər.
Rabita Mobile tətbiqini smartfonunuza yükləmək üçün bu linkə keçid edə bilərsiniz - rbt.az/rbm
Hələ də Rabitəbank kart sahibi deyilsinizsə, banka gəlmədən və növbə gözləmədən kartımızı onlayn qaydada sifariş edə bilərsiniz. Ətraflı - 133
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Bizi sosial şəbəkələrdən izləyin!!