Neft ucuzlaşmağa başladı | Banco.az

Neft ucuzlaşmağa başladı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmağa başlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neftin qiyməti FED-in yayımlanan sonuncu protokolunda Amerikanın monetar siyasətinin sərtləşdiriləcəyinə dair məqamların öz əksini tapması və Çində ilk koronavirusa yoluxma halının ortaya çıxmasından bəri ən pis dövrünü keçirən pandemiyanın tələbi azaltması fonunda bu həftə ucuzlaşıb.

Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti əvvəlki üç seansda 3.5% bahalaşdıqdan sonra yenidən dəyər itirərək 77 dollardan geriləyib.

ABŞ xam neftinin (WTI) fevral fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 1,2% ucuzlaşmaqla hazırda bir bareli 76.89 dollardan ticarət edilir.

Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında 1,3% dəyər itirərək bir bareli 79.76 dollara enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram