Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ildə də monetar siyasətinin başlıca məqsədi inflyasiyanın hədəf diapazonuna (4±2%) doğru dinamikasının təmin edilməsi olacaq.
Bu barədə AMB-nin 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə həsr olunmuş bəyanatında deyilir. Qeyd edilir ki, sözügedən inflyasiya hədəfinə çatmaq üçün başlıca olaraq monetar amillərdən – dünya ərzaq və enerji daşıyıcıları qiymətlərindən, tələb-təklif zəncirində bərpa vəziyyətindən, növbəti ilə dövlət tarif siyasətindən və makroiqtisadi siyasət çərçivəsindən asılı olacaq.
Bankın yenilənmiş son inflyasiya proqnozlarına görə, baza proqnozunda qeyd olunan şərtlər daxilində 2022-ci ilin ikinci yarısından inflyasiyanın bu diapazonun yuxarı intervalına doğru irəliləməsi baş verəcək.
Xatırladaq ki, cari ilin yanvar-noyabr aylarında ölkədə ortaillik inflyasiya 6,2%, noyabrda illik inflyasiya isə 11,1% təşkil edib. AMB-nin gözləntilərinə görə isə, cari ildə ortaillik inflyasiya 6,3-6,6%, illik inflyasiya isə 11,4-11,9% səviyyəsində olacaq.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!