"Apple" bu şəhərdəki mağazalarını bağladı | Banco.az

"Apple" bu şəhərdəki mağazalarını bağladı

Tamara Mustafayeva, Banco.az

"Apple" firması yoluxma sayının artması səbəbindən Nyu-York şəhərindəki pərakəndə satış mağazalarını bağladığını açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, texnologiya nəhəngi "Apple" ABŞ-ın Nyu-York ştatının eyniadlı şəhərindəki 11 mağazasının fəaliyyətini yoluxma sayının artması səbəbindən müştəri sıxlığını azalmaq məqsədilə dayandırdığını, satışların onlayn davam etdiriləcəyini bildirib.

Xatırladaq ki, şirkət pandemiyanın başladığı 2020-ci ilin əvvəlində də mağazalarını bağlamışdı. Bu ayın əvvəllərində isə ölkənin Mayami və Ottava şəhərlərindəki mağazalar pərakəndə satışları dayandırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram