Bu, öz istifadəçisinin çoxsaylı nailiyyətlərə malik şəxs statusunu təsdiq edən prestij kartıdır. Bu cür kartla dünyanın ən yaxşı otel, klub, kazino və restoranlarında özünüzü rahat hiss edəcəksniz. Bu kart Visa loqotipi ilə qeyd edilmiş bütün ticarət obyektlərində qəbul edilir. Visa Gold kartı öz sahibinin qarşısında heyrətamiz imtiyaz və imkanlar dünyasının qapılarını açır. Ən qabaqcıl kart məhsullarından olan Visa Gold kartı bütün dünyada qəbul edilir və təsirli maliyyə sərbəstliyindən zövq almaq imkanı yaradır. Bu kartlar məcburi müəllifləşdirməsini tələb etmir. Buna görə də, onların vasitəsilə mehmanxanaların və ya aviabiletlərinin bronlaşdırılması, onlayn alış-verişin həyata keçirilməsi mümkündür. Bankın emissiya etdiyi Visa Gold kartları mikroprosessorla təchiz edilib. Belə kartlar maqnit zolağı ilə olan adi kartlarla müqayisədə texniki cəhətdən daha təhlükəsizdir. Kart oğurlandıqda pulu nağd və təcili şəkildə çıxara, müvəqqəti kart ala və ya təcili şəkildə yeni kart sifariş edə bilərsiniz.Kartın imkanları və üstünlükləri: - Milyonlarla ticarət və ya xidmət obyektində mal və ya xidmətlərin dəyərinin ödənilməsi; - Kart hesabının valyutasından asılı olmayaraq istənilən ölkədə istənilən valyutada 750 min bankomatdan nağd vəsaitlərin alınması; - Uzaqlaşdırılmış əməliyyatların aparılması; - Real vaxt rejimində öz vəsaitlərinə nəzarət edilməsi (e-card sistemi); - Kart hesabına bağlanılacaq ailə üzvləri üçün əlavə kartların rəsmilləşdirilməsi; - Beynəlxalq ödəniş sistemi ilə birgə keçirilən müxtəlif proqramlarda iştirak; - Bu kartlar, elit məhsullar sinfinə məxsusdur, bütün dünyada tanınır və hörmət edilir. Onlar vasitəsilə hər bir şəxs öz status və nüfuzunu artırmaq imkanına malikdir; - Əməliyyat zamanı yüksək limitdən istifadə imkanı; - Onlayn ödəmə imkanı; - Otel, restoran xidmətləri üzrə güzəştlərin əldə edilməsi (endirimləri ödəniş sistemi); - Beynəlxalq ödəniş sistemi tərəfindən müəyyən olunmuş şərtlərə əsasən emergency card və emergency cash xidmətlərindən istifadə imkanı; - Səfər zamanı aviabiletlərə endirim, müxtəlif digər xidmətlərə qoşulma; - Bankın imtiyazlı müştərisi olmaq.