Yaponiya böyük həcmdə neft ehtiyatını bazara çıxarıb | Banco.az

Yaponiya böyük həcmdə neft ehtiyatını bazara çıxarıb

Neft bazarına olan təzyiqləri azaltmaq məqsədilə Yaponiya da öz strateji ehtiyatlarından böyük həcmdə nefti bazara çıxarıb.

Birinci mərhələdə 100 min kilolitr (629 min barel) neft satmaq planlaşdırılır. Neft bazarındakı vəziyyəti izləyən Yaponiya Ticarət Nazirliyi gələcəkdə ehtiyatlardan əlavə satışla bağlı qərar qəbul edə bilər.

Xatırladaq ki, ötən ay ABŞ Prezidenti Cozef Bayden ölkənin strateji ehtiyatlarından 50 milyon barel neft satmaq niyyətini açıqlamışdı.

Ötən həftə Cənubi Koreya da 3,17 milyon barel neft və neft məhsulunu bazara çıxaracağını bəyan edib.

Razılaşmanın digər tərəfləri, o cümlədən Çin hələlik hansı addımı atacağını açıqlamayıb.

Ən sərfəli kredit üçün müraciət et

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram