Tamara Mustafayeva, Banco.az
Dünən birjaların bağlandığı əsnada 12.40 səviyyələrində ticarət edilən məzənnə gecə saatlarında 12 səviyyəsindən geriləyib.
Banco.az türk mətbuatına istinadla xəbər verir ki, bazar ertəsi kabinetin iclasından əvvəl 18 səviyyəsini üstələməklə tarixi rekorda imza atan məzənnə daha sonra prezident Rəcəb Tayyib Ərdoğanın türk lirəsini təşviq edici açıqlamaları ilə sürətlə geriləyərək 12.27 səviyyəsinə enmişdi.
Yeni günə 12.05 səviyyəsində başlayan kurs daha sonra bir qədər də geriləyib.
Dollar/TL məzənnəsi hazırda 11.85 səviyyəsində ticarət edilir.
Bizi sosial şəbəkələrdən izləyin!!