Gəlir və xərclərinin monitorinqi aparılan iri dövlət şirkətlərinin siyahısı dəyişib | Banco.az

Gəlir və xərclərinin monitorinqi aparılan iri dövlət şirkətlərinin siyahısı dəyişib

Nazirlər Kabineti “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” qərarında dəyişiklik edib.

Dəyişikliyə əsasən, gəlirlər və xərclər smetaları hazırlanmalı, təsdiq edilməli və icrası üzrə monitorinq aparılmalı olan iri dövlət şirkətlərinin siyahısından Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti çıxarılıb.

Siyahıdan çıxarılanlar arasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti də var.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram