Tamara Mustafayeva, Banco.az
Dünya bazarlarında neftin qiyməti cüzi ucuzlaşıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri koronavirusun Omikron ştammı ilə bağlı davam edən qeyri-müəyyənlik və OPEC tərəfindən irəli sürülən proqnozlar fonunda bir qədər ucuzlaşıb.
ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,2% dəyər itirəklə hazırda bir bareli 72.11 dollara ticarət edilir.
Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında 0,2% ucuzlaşmaqla bir bareli 74.27 dollara geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!