Bu ölkədə yol hərəkəti cəriməsini ödəməyənlərin sürücülük lisenziyası ləğv ediləcək | Banco.az

Bu ölkədə yol hərəkəti cəriməsini ödəməyənlərin sürücülük lisenziyası ləğv ediləcək

Tamara Mustafayeva, Banco.az

Belçikada yeni yaradılacaq sistem çərçivəsində yol hərəkəti qaydalarının pozuntusuna görə tətbiq edilən müvafiq cəriməni ödəməyənlərin sürücülük lisenziyası avtomotik ləğv ediləcək.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Belçika Ədliyyə Naziri Vinsent Van Kvikenborn yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı tətbiq edilən cərimələrin ödənilmə nisbətini artırmaq üçün yeni sistem yaradacaqlarını açıqlayıb.

Əksər sürücülərin sözügedən cərimələri ödəməkdən yayındığını bildirən nazir bu səbəbdən daha sərt qaydalar tətbiq edəcəklərini bildirib. O, həmçinin qeyd edib ki, cərimələrin vaxtında ödənilməməsi halında sürücünün avtomobili idarə etmə lisenziyası avtomotik olaraq ləğv ediləcək.

Xatırladaq ki, Belçikada il ərzində yol hərəkətinin pozuntusu ilə bağlı təqribən 4,5 milyon cərimə kəsilir. Cərimələrin 7%-i ödənilməmiş qalır ki, bu da 300 min cərimə deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram