Neft yenidən ucuzlaşmağa başladı | Banco.az

Neft yenidən ucuzlaşmağa başladı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri koronavirusun Omikron ştammının tələbə mənfi təsir göstərəcəyinə dair proqnozlar fonunda yenidən ucuzlaşmağa başlayıb.

Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti cümə axşamı 2% dəyər itirməklə 71 dollara geriləyib.

Brent markalı neftin fevral fyuçersi London əmtəə birjasında hazırda bir bareli 74.41 dollara ticarət edilir.

ABŞ xam neftinin (WTI) yanvar fyuçersi isə Nyu-York əmtəə birjasında (Nymex) hazırda bir bareli 70.98 dollarla stabilliyini saxlayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram