EIA Azərbaycanın gələn il üçün neft hasilatı üzrə proqnozunu azaldıb | Banco.az

EIA Azərbaycanın gələn il üçün neft hasilatı üzrə proqnozunu azaldıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-ci il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

Bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 720 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnoza (noyabr ayında verilib – red.) bərabərdir.

Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artaraq 740 min barel təşkil edəcək (əvvəlki proqnozdan 10 min barel azdır).

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 700 min barel səviyyəsində olub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram