Tamara Mustafayeva, Banco.az
Avropada təbii qazın qiyməti Bayden xəbərindən sonra bahalaşıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropada təbii qazın qiyməti ABŞ prezidenti Co Baydenin Rusiyaya qarşı sanksiya tətbiq edərək "Şimal Axın 2" layihəsinin dayandırılma ehtimalına dair açıqlamasından sonra dünən 6% bahalaşaraq 95.5 avroya qalxıb.
Hollandiya təbii qaz fyuçerslərinin çərşənbə axşamı baş tutan əməliyyatlarda 1 meqavat-saatı 95.5 avroya ticarət edilib.
Xatırladaq ki, Avropada təbii qazın qiyməti noyabr ayından bəri 85-95 avro aralığında dalğalı hərəkət dinamikasına malik idi.
Bizi sosial şəbəkələrdən izləyin!!