Neftin qiyməti sürətlə bahalaşdı | Banco.az

Neftin qiyməti sürətlə bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti sürətlə bahalaşıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri Omikron ştammına dair narahatlıqların azalması və Səudiyyə Ərəbistanının həftə sonu qiymətləri qaldırmasından sonra sürətlə bahalaşmağa başlayıb. 

Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti dünən 5%-ə yaxın bahalaşıb.

ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bazar ertəsi 4,9% dəyər qazandıqdan sonra yenidən 1% bahalaşamaqla hazırda bir bareli 70.18 dollara ticarət edilir.

Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında 0,8% bahalaşaraq bir bareli 73.64 dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram