Neft qiymətlərinin ucuzlaşması dayandı | Banco.az

Neft qiymətlərinin ucuzlaşması dayandı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti yenidən bahalaşmağa başlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft Səudiyyə Ərəbistanının qiymətləri qaldırmasından sonra altı həftədir ki, davam edən ucuzlaşma dinamikasını dayandırıb. 

ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 2,2% dəyər qazanmaqla hazırda bir bareli 67.72 dollara ticarət edilir.

Brent markalı neftin fevral fyuçersi isə London əmtəə birjasında 1,9% bahalaşaraq bir bareli 71.22 dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram