Almaniyada inflyasiya göstəricisi proqnozları üstələdi | Banco.az

Almaniyada inflyasiya göstəricisi proqnozları üstələdi

Tamara Mustafayeva, Banco.az

Almaniyada inflyasiya göstəricisi 6%-ə yüksəlib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyada noyabr ayı üzrə inflyasiya göstəricisi proqnozları üstələyərək 6%-ə yüksəlib. 

Ölkədə istehlakçı qiymət indeksi də ötən ay 5,2%-lə 1992-ci ildən bəri müşahidə edilən ən yüksək səviyyəyə çatıb.

Xatırladaq ki, dünən İspaniyada açıqlanan inflyasiya göstəricisi də ölkədə ərzaq və yanacaq qiymətlərinin bahalaşması səbəbindən 5,6%-ə yüksələrək ötən 30 ilin maksimumuna çatmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram