Tamara Mustafayeva, Banco.az
İspaniyada inflyasiya göstəricisi ötən otuz ilin ən yüksək səviyyəsinə çatıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İspaniyada inflyasiya ərzaq qiymətlərinin bahalaşmasının təsiri ilə təqribən 30 ilin maksimumuna yüksəlib və bu vəziyyət qitə daxilindəki tədarük çatışmazlığının davam etməkdə olan nəticələrini göstərir.
Ölkədə istehslakçı qiymət indeksi noyabr ayında 5,6% yüksələrək 1992-ci ilin sentyabr ayından bəri müşahidə edilən ən güclü artıma imza atıb.
Qeyd edək ki, Almaniyada inflyasiya göstəriciləri bu gün, Fransa, İtaliya və Avrozonada isə sabah açıqlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!