Neftin qiyməti yenidən bahalaşdı | Banco.az

Neftin qiyməti yenidən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti yenidən bahalaşıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri ABŞ və digər bir neçə ölkənin koordinasiyalı olaraq starteji əhəmiyyətli neft ehtiyatlarının satışına başlayacağı ilə bağlı iddiaların təsirinin uzun sürməməsi ilə yenidən bahalaşmağa başlayıb.

Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti çərşənbə axşamı 2,3% bahalaşaraq 78 dollardan yuxarı ticarət edilir.

ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,1% dəyər qazanmaqla hazırda bir bareli 78.61 dollar təşkil edir.

Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında dünən 3,3% bahalaşdıqdan sonra 0,1% geriləyərək bir bareli 82.25 dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram