Azərbaycanda nağdsız ödənişlərin həcmi 8 mlrd. manatı keçib | Banco.az

Azərbaycanda nağdsız ödənişlərin həcmi 8 mlrd. manatı keçib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 8,370 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73% çoxdur.

Sözügedən nağdsız ödənişlərin 32 mln. manatı ATM-lər, 3,120 mlrd. manatı POS-terminallar, 5,218 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Təkcə oktyabrda 1,154 mln. manatlıq nağdsız ödənişlər həyata keçirilib ki, bu da sentyabr ayı ilə müqayisədə 4,2% çoxdur. Oktyabrda nağdsız ödənişlərin 2 mln. manatı ATM-lər, 349 mln. manatı POS-terminallar, 803 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, oktyabrda POS-terminallar vasitəsilə aparılan və elektron ticarətdə həyata keçirilən nağdsız ödənişlərin həcmində yeni tarixi rekordlar qeydə alınıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram