Tamara Mustafayeva, Banco.az
Neft bazarlarında "OPEC - Bayden" ziddiyətinin nəticələri hökm sürür.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft qiymətləri ABŞ-ın digər ölkələrlə koordinasiyalı olaraq xam neft ehtiyatlarının satışına başlayacağına dair iddialar fonunda ucuzlaşmaqda davam edərkən, OPEC+ istehlakçı ölkələrin satış qərarına təkid etməsi halında qlobal bazarların xam neft tələbini yerinə yetirə bilməyəcəklərinə dair xəbərdarlıq edib.
Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti bazar ertəsi 0,9% bahalaşdıqdan sonra yenidən 76 dollardan ucuzlaşmağa başlayıb.
ABŞ xam neftinin (WTI) yanvar fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,7% dəyər itirməklə hazırda bir bareli 76.24 dollara ticarət edilir.
Brent markalı neftin yanvar fyuçersi isə London əmtəə birjasında 0,5% ucuzlaşaraq bir bareli 79.34 dollara geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!