Tamara Mustafayeva, Banco.az
"Apple" şirkəti elektromobil layihəsini yenidən gündəmə gətirib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, şirkət 2025-ci ildə tamamilə avtonom elektromobil üçün hazırlanan layihəni başa çatdırmağı planlaşdırır.
Şirkətə yaxın mənbələrin dediyinə görə, texnologiya nəhəngi "Apple" yeni elektromobil işində tamamilə avtonom sürüşə nail olmağı hədəfləyir.
Xatırladaq ki, tamamilə avtonom texnologiya ilə hərəkətə gətiriləcək avtomobil ideyası "Google" və "Tesla" kimi nəhənglər tərəfindən də gündəmə gətirilmiş, ancaq sınaq sürüşləri zamanı baş verən qəzalar bir çox firmanın bu fikirdən daşınmasına ya da onu təxirə salmasına səbəb olmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!