Tamara Mustafayeva, Banco.az
Kofenin qiyməti ötən on ilin ən yüksək səviyyəsinə çatıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, kofe qiymətləri ilin əvvəlindən bəri 90%-ə yaxın yüksələrək 10 illik maksimumunu yeniləyib.
Belə ki, qiymətlər qlobal tədarük zəncirində çatışmazlıqların yaranacağına dair narahatlıqlar fonunda bir kiloqramı 5.07 dollara qədər bahalaşıb. Arabica qəhvə fyuçersləri Braziliyadakı istehsalın azalması ilə ilin əvvəlindən bəri 90%-ə yaxın dəyər qazanıb.
Gübrənin bahalaşması və tədarük xərcləri qiymətlərin artmasında mühüm rol oynayıb ki, Avropa və ABŞ kimi istehlakçı ölkələr Kolumbiya və Vyetnam kimi istehsalçı ölkələrdən qəhvə tədarükü ilə bağlı problemlərlə üzləşiblər.
Bizi sosial şəbəkələrdən izləyin!!